Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla Sevgililər gününə özəl fotosessiya etdirib.
Unikal.org xəbər verir ki, ifaçı görüntülər "İnstagram"dan paylaşaraq, "Məhəbbət haqqında danışmağa ehtiyac yoxdur, çünki onun öz səsi var və öz yerinə özü danışır. Məhəbbətdən imtina etmək olmaz, çünki o yaşamımızın qidasıdır. Bu ülvi hissləri yaşamağı hər kəsə arzu edirəm" sözlərini qeyd edib.
Cütlüyün görüntülərini fotoqraf Niko Abbasov lentə alıb. Ən çox müzakirə olunan məqamlardan biri isə Sevda və həyat yoldaşının videoda öpüşməsi olub.