Tanınmış həkim pediatr Vaqif Qarayev tibbi maska ilə bağlı dövlət qurumlarına müraciət edib.

Unikal.org xəbər verir ki, V.Qarayev tək olarkən tibbi maska istifadə etməyən şəxsləri cərimələməyin doğru olmadığını bildirib:

"Xidməti otağında, şəxsi avtomobilində tək tənha oturanları.....küçədə tənha gəzənləri maskaya görə cərimə etməyin...onlar ətraf üçün təhlükəsizdir! Bezdirməyin gərginlikdən cana doymuş adamları... Çalışın avtobuslarda, marketlərdə, bankların qarşısında qayda-qanun yaradın....bir ildir bunu edə bilmirsiniz!!!"