Əməkdar artist Vasif Məhərrənli uzun müddətdir gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb.
Unikal.org xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" proqramında danışıb. O bildirib ki, koronovirus onun yaxınlarından da yan ötüşməyib:
"Pandemiyada çox yaxın qohumlarımdan dünyasını dəyişənlər oldu. Dayım oğlu, bibimoğlu vəfat etdi. Cavan, 47 yaşında dünyasını dəyişdi, virusdan getdi. Onun ölümü məni çox sarsıtdı. Ona görə də indi kənara çəkilmişəm".