Meksikalı gözəllik kraliçası 25 yaşlı Laura Mojica Romera həbs edilib. 

Unikal.org xəbər verir ki,  Laura adam qaçırma dəstəsinə üzv olmaqda şübhəli bilinərək polislər tərəfindən saxlanılıb. 25 yaşlı  gözəlin 50 il müddətində həbs ediləcəyi bildirilir. 

Qeyd edək ki, Laura  Mojica  Romera 2015-ci ildə "Miss Earth Oaxaca" birinci yeri qazanıb. Bununla yanaşı o, 2018-ci ildə Meksika gözəli seçilib.  2020-ci ildə keçirilən "Beynəlxalq gözəllik kraliçası" yarışmasında da yer qazanıb.