Dərslərdən kənar məşğələlər olduğu üçün yataqxanada qalırdım. Orada da 6-7 nəfər bir otaqda qalırlar. Atam o vaxtı gəldi və mənə iki nəfərlik ayrı otaq tutdu.Özü də bir gn mənimlə qaldı.
Unikal.org xəbər verir ki, bu sözləri verilişlərdən birində qonaq olan aktyor Fərda Amin deyib:
"Səhər dərs yox idi və həmin gün axşama kimi də məni tək buraxmadı.Axşamtərəfi idi su doldurmağa getdim, qayıtdıqda isə gördüm atam yoxdur.Onda otağıma çıxıb hönkürtü ilə ağladım və elə bildim ki məni atıb gediblər.Çünki qaldığım yataqxana əvvəllər "uşaq evi" olub.Mən bacımla "bizi atdılar" deyə ağladıq."Pəncərə" filminə bu günə kimi sonadək baxa bilməmişəm."