Türkiyəli aktyor Can Yaman italiyalı aparıcı sevgilisi Diletta Leottaya evlilik təklif edib.

Unikal.org xəbər verir ki, aktyor təyyarənin arxasına “Diletta mənimlə evlənərsən? Səni sevirəm, Can” sözlərini yazdırıb. Bu yazı bir neçə saat səmada qalıb.

Aparıcının cavabı isə hələ ki, bəlli deyil.

Qeyd edək ki, bir müddət əvvəl Canın Romada tanış olduğu Diletta Leotta ilə yaşadığı sevgi münasibətinin saxta olduğu iddia edilirdi. Dilettanın keçmiş sevgilisi Daniel Skardina ilə gizli görüşməyə davam etdiyi deyilir.