Ermənistan baş naziri Nikol Paşinyanın Gümrü şəhərinə səfəri nəzərdə tutulub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Nikol Paşinyan bu gün Gümrüdə itkin düşən erməni hərbi qulluqçularının ailə üzvləri ilə görüşəcək. Görüşün qapalı keçirilməsi planlaşdırılır.

Lakin bəzi itkinlərin ailə üzvləri Paşinyanı Gümrüyə gəlməməyə çağırıb. Onlar baş naziri şəhərə buraxmamaqla hədələyiblər.

Görüşün insidentsiz baş tutması üçün şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi deyilir.