Nağdsız ödənişlər bizdə niyə dəbdə deyil?
20:15 18-01-2013
İQTİSADİYYAT
Nağdsız ödənişlər bizdə niyə dəbdə deyil?
Səbəblərdən biri insanların məlumatının, digəri isə mağazalarda POS terminalların az olmasıdır
Ölkə başçısı İlham Əliyev 2013-cü ildə ölkədə nağdsız ödənişlərin genişləndirilməsini tapşırıb. Dövlət başçısı Azərbaycanda nağdsız ödəmələrin çox aşağı səviyyədə olmasını böyük problem adlandırıb. Prezident nağdsız ödəmələrin genişləndirilməsinin həm şəffaflıq, həm də xoşagəlməz halların aradan qaldırılması baxımından vacib olduğunu deyib. Bəs nağdsız ödənişlərdən istifadənin əhəmiyyətini insanlar bilirmi və plastik kart vasitəsilə ödənişlərin genişlənməsinə nə mane olur?
Bu gün Azərbaycanda əhalidə 5 milyondan çox plastik kart var. Əslində bu rəqəm dünya ölkələri ilə müqayisədə pis göstərici deyil. Mütəxəssislər deyirlər ki, nağdsız ödənişlərin inkişaf etməməsinin səbəblərindən biri insanların məlumatsızlığıdır.
Plastik kart vasitəsilə ödəniş etməyin bir sıra üstünlükləri var. Birincisi, nağd ödəniş etmək üçün bankomatdan pul çıxardıqda əlavə xidmət haqqı tutulur. Üzərində iri məbləğdə pul saxlamaq təhlükəsizlik baxımından da risklidir. Nağd pul itdikdə, oğurlandıqda onu qaytarmaq çətin olduğu halda, plastik kart itirilsə belə digər şəxslər ondan istifadə edə bilmirlər. Bundan başqa nağdsız ödənişlərin hamısı rəsmi qeydiyyata alınır və bu vəsaiti vergidən yayındırmaq mümkün deyil. Deməli, nağdsız ödənişlərin genişlənməsi dövlət büdcəsinə daxil olmaları da artıra bilər.
Nağdsız ödənişlərin inkişaf etməməsinin bir səbəbi insanların məlumatının az olmasıdırsa, digər səbəb xidmət və ticarət obyektlərində kartlardan istifadə üçün cihazların - POS terminalların olmamasıdır. Belə ki, ticarət obyektlərinin çoxunda POS terminallar ya ümumiyyətlə yoxdur, ya da işlək vəziyyətdə deyil. Sahibkarlar bunu müxtəlif amillərlə əsaslandırmağa çalışsalar da, ekspertlər deyirlər ki, artıq POS terminal quraşdırmayan obyektlərə qarşı inzibati tədbirlərin görülməsinin vaxtı çatıb.
Mövcud qanunvericiliyə görə, POS terminal quraşdırmayan sahibkara qarşı heç bir inzibati tədbir nəzərdə tutulmur. Müqayisə üçün bildirək ki, Qazaxıstanda artıq xidmət və ticarət obyektlərində POS terminal quraşdırmaq məcburidir. Azərbaycan Vergilər Nazirliyi isə hələ ki, bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün maarifləndirmə tədbirlərini məqbul sayır.
Vəfa Zeynalova
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40