İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RDM) yerləşdirilən Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev evə buraxılıb.
Bunu Unikal.org-a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.
Onun sözlərinə görə, E.Quliyevin vəziyyəti yaxşıdır və müalicəsi ev şəraitində davam edir: "Demək olar, sənətkarımızın qida rasionundan tutmuş dərman qəbuluna qədər hər şey həkimlərin nəzarəti altında davam edir".
Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.