Kərəm Həsənovdan daha bir şübhəli özəlləşdirmə əməliyyatı
11:38 22-01-2013
CƏMİYYƏT
Kərəm Həsənovdan daha bir şübhəli özəlləşdirmə əməliyyatı
Komitə sədri pambıq zavodunun səhmlərini su qiymətinə satdı
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Beyləqan-Pambıq" ASC-nin səhmlərinin pul hərracında satılmamış 30,34% hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Şirkət bu metodla qalan 13 pambıq müəssisəsində dövlətin 30% payını özəlləşdirib.
Kərəm Həsənovun komitəsinin məlumatına görə, müsabiqədə iki iddiaçı iştirak edib. Əvvəllər olduğu kimi, rəqabət aparan şirkətlərin adı çəkilmir.
Ənənəvi Kərəm Həsənov taktikasıdır: Azərbaycanda bu saxta iddiaçıların iştirakı formal xarakter daşıyır və özəlləşdirmənin nəticəsi əvvəlcədən bəlli olur.
ƏMDK-nin məlumatında deyilir ki, "Beyləqan-Pambıq" ASC-nin 30,34% səhmlərinə görə "MKT İstehsalat Kommersiya" dövlət büdcəsinə 40 min manat köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən 6 ay ərzində 250 000 manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürüb. Bu vəsaitlər müəssisənin emal sexinin təkmilləşdirilməsi məqsədi ilə müasir standartlara cavab verən avadanlıqların alınmasına yönəldiləcək. İnvestisiya fəaliyyəti dövründə 20 yeni iş yerinin açılması da nəzərdə tutulub.
Bir neçə il "MKT İstehsalat və Kommersiya" bu yolla "Sumqayıt Xovlu iplik" ASC-nin 30% səhmlərini alıb. Sonradan bu səhmlər şirkətin mülkiyyətinə keçib, amma müəssisə işləməyib.
2008-ci ildən Azərbaycanda pul hərraclarında satılmayan SC-lərin 30% səhm paketinin satışı üzrə yeni metod tətbiq edilir. Səhmlər nominalın 100-50% qiymətinə təklif edilir.
"MKT İstehsalat Kommersiya" MMC özəlləşdirdiyi pambıq zavodlarının tərkibində məhdud məsuliyyətli cəmiyyətlər təşkil edir. Onlar öz aralarında xidməti müqavilələrlə işləyir. SC pambığın emalı üçün ödəniş alır, son məhsulun sahibi (pambıq lifi, toxum və s.) isə "MKT İstehsalat Kommersiya" MMC-nin törəmə strukturlarıdır. Bu ödəniş zavodun əməliyyat xərclərinə güclə çatır. Məsələn, "Beyləqan-Pambıq" ASC-nin nizamnamə kapitalı 840,7 min manatdır. SC-nin 1 oktyabr 2012-ci il üçün öhdəliyi 690 min manat olub.
Qısası, müstəqil iqtisadçı ekspertlərin və mətbuatın bütün iradlarına, qınaqlarına rəğmən Kərəm Həsənovun komitəsi dövlət mülkiyyətinin qeyri-şəffaf özəlləşdirilməsini, kimlərinsə əlinə keçməsini təmin etməkdə davam edir. Əlbəttə, bütün bunlardan ƏMDK sədrinin özünün də uduşlu çıxdığını bilməyən yoxdur. Bu şübhəli, qeyri-şəffaf və korrupsiyanın bir parçası təsiri bağışlayan prosesin nə vaxt dayanacağını isə heç kim bilmir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00