Komitə sədrinin müəmmalı əməliyyatları
11:39 22-01-2013
CƏMİYYƏT
Komitə sədrinin müəmmalı əməliyyatları
Qiymətli kağızlar bazarının birjadankənar əməliyyatları qeyri-şəffaf fonda artır
2012-ci ilin son 2 ayında birjadankənar qiymətli kağızlar (QK) bazarında aktiv proseslər gedir. Amma Bakı Fond Birjasının (BFB) günahından bu əqdlərin obyektləri naməlum qalır. Bu isə bu bazarı investorlar üçün proqnozlaşdırılmaz və təhlükəli edir.
Milli Depozit Mərkəzi (MDM) və yeganə fond birjası (BFB) birjadankənar bazarda bağlanan əqdlər barədə ümumi (əqd sayı, məbləğ) rəqəmlər verir. BFB-dən fərqli olaraq, MDM alqı-satqı müqavilələri və əqdlərin məcmu nominal qiyməti barədə informasiya verir.
Amma MDM-in məlumatlarında hərrac predmeti olan QK sayı barədə informasiya olmur. BFB-nin məlumatına görə, noyabrda birjadankənar bazarda 272,7 min manat məbləğində 136 522 qiymətli kağızın alqı-satqısı üzrə əqdlər olub. Yəni əqdlər QK-ın nominal qiymətinin 99,8%-i ilə bağlanılıb. Dekabrda birjadankənar əqdlərin həcmi 19 516,8 min manat olub. 114 946 səhm alqı-satqı predmeti olub.
Noyabr-dekabrda birjadankənar əqdlərin həcmi barədə MDM-in məlumatı (21 080 min manat) birja göstəricisindən 6% fərqlidir. Hərçənd depozitar birjaya birjadankənar əqdlər barədə məlumatları onların qeydiyyatından ən geci bir gün sonra verməlidir.
Birjadankənar əqdlərin müqavilə qiyməti ilə həcmi (21,5 mln manat) onların nominal qiymətindən 0,6 mln manat və ya 2,8% çoxdur.
Ötən ilin sonunda "Azərbaycan İnvestisiya Şirkəti " (AİŞ) "Azersun Holding" şirkətlər qrupu strukturlarının iştirakı ilə yaradılan iki şirkətdə 25%-lik payını satıb. İndi aydın olur ki, noyabr-dekabrda 137 birjadankənar əqdin 2-si bunlara aidir.
AİŞ-in təsisçisi İqtisadi İnkişaf Nazirliyi hesab edir ki, əqdlər uğurlu olub. Amma MDM və BFB-nin məlumatları göstərir ki, AİŞ-in 2007-ci ildən investisiya qoyma dövründə gəliri 5% olub. Xatırladaq ki, AİŞ Masazır duz zavodunun yaradılmasına 2,9 mln dollar, Səngəçal neft-qaz terminalına 9 mln dollar və ya manat ekvivalentində 10,2 mln (2007-ci ildə 0,8581= 1 manat) vəsait qoyub.
2012-ci ildə MDM-də QK-ın alqı-satqısı üzrə nominalla 83 mln manat birjadankənar əqd qeydiyyata alınıb. 2011-ci ildə bu göstərici 51,3 mln manat, 2011-ci ildə 33 mln manat olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının infrastrukturu bazarda bir neçə funksiyanın həyata keçirilməsində rol oynayan peşəkar iştirakçılardan ibarətdir. Həmin iştirakçılara bazarda əqdlərin bağlanmasında iştirak edən brokerlər və dillerləri (underrayeter və market meykerlər daxil olmaqla), ticarət platformasını və qarşılıqlı öhdəliklərin və hesablaşmaların aparılmasını təmin edən Bakı Fond Birjasını, qiymətli kağızların mərkəzləşdirilmiş saxlancının və reyestrinin aparılmasını təmin edən Milli Depozit Mərkəzini aid etmək olar.
Bundan əlavə, səhmdarlarının sayı 20-dən az olan səhmdar cəmiyyətlər reyestrinin aparılmasını müvafiq ixtisas şəhadətnamələri almaqla özlərinin daxili resurları hesabına təmin edə bilər.
Ümumilikdə isə qiymətli kağızlar bazarında dövlət siyasətinin və nəzarətinin həyata keçirilməsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən təmin edilir. Odur ki, yuxarıda haqqında danışdığımız QK bazarındakı qeyri-şəffaf əməliyyatlar barədə danışarkən heç şübhəsiz, əsas məsuliyyət QKDK-nın və onun sədri Rüfət Aslanlının üzərinə düşür. Yəni söhbət gedən müəmmalı əməliyyatlarda Bakı Fond Birjası və digərlərinin günahı nə qədərdirsə, həlledici məsuliyyət də qiymətli kağızlar bazarında dövlət siyasətinin və nəzarətinin həyata keçirilməsini təmin etməli olan adıçəkilən komitə və onun sədrindədir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00