Ermənistan baş naziri Nikol Paşinyan baş qərargah rəisi Onik Qasparyanı işdən qovub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyanı istefaya çağıran baş qərargah rəisi işdən azad olunub.

"Ordunun siyasi proseslərdə iştirakı qəbuledilməzdir", - deyə Nikol Paşinyan bəyan edib.

O qeyd edib ki, böhran konstitusion yolla həll ediləcək və tezliklə yeni baş qərargah rəisi təyin olunacaq.