Ermənistan prezidenti Armen Sarkisyan hələlik baş qərargah rəisi Onik Qasparyanın işdən azad olunması ilə bağlı qərarı imzalamayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyanın qərarı prezidentin masasındadır. lakin Sarkisyan hələ qərara qol çəkməyib.

Baş nazir Nikol Paşinyan isə ictimaiyyətə müraciət edərək yerli vaxtla 16:00-da "Respublika" meydanında çıxış edəcəyini tərəfdarlarına çatdırıb. Meydana həm Paşinyanın tərəfdarlarının, həm də əleyhdarlarının toplaşdığı bildirilir. Onların arasında toqquşma yaranıb.

Həmçinin hakim fraksiyanın növbədənkənar iclasının keçirildiyi bildirilib. İclasda baş qərargahın bəyanatı müzakirə edilir.