Rusiya Ermənistanda baş verənlərə münasibət bildirib.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, həmçinin Paşinyanın "İskəndər" raketi barədə dediklərinə də toxunulub.
"Ermənistanda baş verənlər ölkənin daxili işidir. Hər kəsi təmkinli olmağa çağırırıq, vəziyyət konstitusion məcrada qalmalıdır. Putin və Paşinyan İrəvandakı vəziyyətin gərginləşməsindən sonra hələ əlaqə qurmayıblar, amma lazım gələrsə təmaslar dərhal təşkil olunacaq", - deyə bildirilib.
Həmçinin Rusiya istehsalı olan hərbi texnikanın birmənalı şəkildə effektivlik göstərdiyi qeyd olunub. Putinin sözçüsü Dmitri Peskov isə "İskəndər"lə bağlı deyilənlərə cavab verməyib.
Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfirliyi hadisələrə şərh verməkdən imtina etmişdi. Rusiyadakı erməni diasporası isə baş qərargahın bəyanatına dəstək ifadə etmişdi.