Ermənistan prezidenti Armen Sarkisyan sükutu pozub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, A.Sarkisyan tərəfləri təmkinli olmağa çağırıb.

"Böhrandan dinc yolla çıxmaq üçün yollar tapılmalıdır", - deyə Ermənistan prezidenti bildirib.

KTMT-nin keçmiş baş katibi, Ermənistan ordusunun keçmiş baş qərargah rəisi Yuri Xaçaturov isə ordunun və müxalifətin yanında olduğunu bəyan edib. Bir neçə müxalifət lideri isə tərəfdarlarına müraciət edərək gecəni hökumət binası qarşısında keçirmək üçün hazır olmağa çağırıblar.