"Qoy xalq məni burda güllələsin".
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu tərəfdarları qarşısında çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan deyib.
"Mənim hakimiyyətdə qalmağımı, hakimiyyətdən getməyimi xalq müəyyən edəcək. Xalq qərar verəcək. Xalq istəsə, qoy məni burda güllələsin", - deyə Nikol Paşinyan bəyan edib.
Paşinyan həmçinin müxalifətə səslənərək erkən seçkilərin vaxtını birgə müzakirə etməyi təklif edib.