Elmar Vəliyevlə Rasim Musayevin arasına prokuror girib
11:36 23-01-2013
İQTİSADİYYAT
Elmar Vəliyevlə Rasim Musayevin arasına prokuror girib
Gəncədə iki məmur savaşının səbəbləri “Unikal”da
Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi Rasim Musayevin öz vəzifəsindən gözlənilmədən istefa verməsinin səbəbləri “Unikal”a məlum olub.Qəzetimizə daxil olan məlumata görə , 20 Yanvar mərasimi günü Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin bir sıra rəhbər şəxslərə hücum etməsi şəhərdə gərginlik yaradıb.
İcra başçısından polis rəisi Rasim Musayevə şikayət edən axund ve rektor ondan kömək istəyiblər. Həmçinin icra başçısı Elmar Vəliyevdə, polis rəisi Rasim Musayevdən tələb edib ki, tənqid və təhqir etdiyi şəxsləri dərhal həbs etsin. Elmar Vəliyev fikrini belə əsaslandırıb ki, həmin şəxslər onun fəaliyyətinə maneçilik törədir və yuxarı dairələrə onun əleyhinə məktublar yazırlar. Amma polis rəisi ziyalıların incidilməsinə son qoyulmasını istəyib və bununla da polis rəisi ilə Elmar Vəliyev arasında mübahisə düşüb.Elmar Vəliyev bu dəfə Rasim Musayevi də onlarla əlbir olmaqda ittiham edib və bunu belə buraxmayacağını söyləyib. Beləliklə də Rasim Musayevlə Elmar Vəliyev arasında öncə qızğın müzakirə və təhdidlər, daha sonra isə söz davası fiziki təzyiqlə əvəzlənib. Bir-biri ilə əlbəyaxa olan iki məmuru isə kabinetdə olan şəhər prokuroru Adil Vəliyev aralaya bilib. Mənbə bunu da bildirir ki, bundan sonra polis rəisi otağı tərk edib. Elmar Vəliyev isə prokurordan polis rəisi ilə bağlı ölçü götürməyi tələb edib. Rasim Musayev isə vəziyyətin kifayət qədər gərginləşdiyini və icra başçısının başqa addımlar ata bilmə ehtimalını nəzərə alaraq gecəylə istefa verərək Bakıya qayıdıb. Mənbə bunu da bildirir ki, son hadisədən sonra Gəncə əhalisi ElmarVəliyevə "Elmar Qrozni" ləqəbi verib. Özünü kral kimi aparan başçı indiyə kimi ona qarşı çıxan şəxsləri sərt cəzalandırıb və bu əhali arasında birmənalı qarşılanmayıb. Amma buda vurğulanır ki, çox yaxın vaxtlara qədər əslində Elmar Vəliyevlə Rasim Musayevin münasibətləri çox yaxşı imiş və Elmar Vəliyevin şəhərdə at oynatmasında, məmurları aşağılamasında polis rəisinin də əvəzsiz rolu olub. Hətta Rasim Musayev general rütbəsi alanda da icra başçısı ilə münasibətləri qaydasında olub və Elmar Vəliyev bu addımı alqışlayıbmış. Amma sonradan iki məmur münasibətlərində soyuqluq yaranmağa başlayıb. Bəzi mənbələr iddia edir ki, münasibətlərin pozulmasının kökündə biznes maraqlarının toqquşması olub.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40