ABŞ-ın Uiçito şəhərində (Kanzas ştatı) baş vermiş partlayış zamanı azı 3 polis əməkdaşı yaralanıb.
Unikal.org
TASS-a istinadən xəbər verir ki, bu barədə yerli idarəsinin tvitterdəki səhifəsində bildirilir.
Qeyd edilir ki, asayiş keşikçiləri bu ərazidəki evi yoxlamağa gediblər. Bu zaman baş verən hadisə zamanı 3 asayiş keşikçisi yaralanıb. Hadisənin partlayış olduğu ehtimal edilir.
Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlardan ikisinin xəsarəti yüngüldür, bir nəfərin vəziyyəti isə ağırdır.
Polis daha sonra bildirib ki, yaralılardan biri xəstəxanadan evə buraxılıb.