Rusiyada bir ailə dəhşətli qətlin qurbanı olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Nijeqorod vilayətinin Kudma kəndində qeydə alınıb.
Belə ki, bir ailənin üzvləri - kişi, iki qadın və azyaşlı uşaq işgəncə ilə öldürülüb. Hadisə ilə bağlı cinayət işi açılıb, polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.