Yəməndə 16 milyon insan bu il aclıqdan əziyyət çəkəcək.
Unikal.org xəbər verir ki, bu məlumatı BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsi yayıb.
İdarə ölkədə aclıq səviyyəsinin heç vaxt bu qədər sərt olmadığını bildirib.
Humanitar fəlakətə çoxillik konflikt, iqtisadi tənəzzül və institusional çöküşün səbəb olduğu vurğulanıb.