Obamanın andiçmə mərasiminin təfərrüatları məlum oldu
11:40 23-01-2013
İQTİSADİYYAT
Obamanın andiçmə mərasiminin təfərrüatları məlum oldu
ABŞ-ın yeni-köhnə prezidenti öz xalqına və dünyaya hansı mesajlar verdi?
Amerikanın 57-ci andiçmə mərasiminin aparıcısı senator Çarlz Şumer ABŞ-ın dəyərləri, maraqları və məqsədlərindəın danışaraq, Amerikanın daim irəliləyiş yolunda olduğunu vurğuladı.
ABŞ konstitusiyasına əsasən prezidentlər yanvar ayının 20-də and içməlidirlər. Bu il bu tarix bazar gününə təsadüf etdiyi üçün ənənəvi ictimai mərasim yanvar ayının 21-i keçirildi. Amerikanın 44-cü prezidenti ABŞ-ın baş hakimi Con Roberts qarşısında, birinci xanım Mişel Obamanın ailəsinə məxsus İncil üzərində and içdi.
Obama iki tarixi İncil -19-cu əsrdə Abraham Linkolnun, digəri isə 1968-ci ildə sui-qəsdin qurbanı olan vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin İncili üzərində and içib.
Andicmə mərasimi Martin Lüter Kinqin ad gününə təsadüf edir.
Srağagünkü mərasim keçən dəfəki mərasimlə müqayisədə o qədər də möhtəşəm olmadı. Obamanın ilk andiçmə mərasiminə 2009-cu ildə 2 milyona yaxın insan toplaşmışdı. Bu il iştirakçıların sayı 800 min nəfər idi.
Çıxışı zamanı Barak Obama amerikalıları birliyə səslədi. ABŞ dövlət başçısı Amerika konstitusiyasının həyat, azadlıq və xoşbəxtlik hüquqlarının təminatından danışdı. O dedi ki, hər bir vətəndaşın təhlükəsliyi və ləyaqətinin müdafiəsi üçün ölkənin yeni ölçülərə əl atmasına ehtiyac var: " Biz ölkəmizlə başqaları arasındakı fərqləri dinc yolla həll etməyə çalışmalıyıq, ona görə yox ki, üzləşdiyimiz təhlükələrə sadəlövh yanaşırıq, çünki təmaslar şübhə və qorxunu daha effektiv şəkildə aradan qaldıra bilər".
Prezident bahalı səhiyyə xərcləri və defisitin azaldılması üçün ağır seçimlər edilməli olduğunu qeyd etdi: "Ölkəmiz bir ovuc adamın yaxşı yaşadığı, yerdə qalanların isə güclə dolandığı halda müvəffəq ola bilməz!"
Obama dünyada davamlı sülhün bərqərar edilməsinin müharibələr tələb etmədiyini bildirdi. Prezident Amerikanın yer üzündə hər zaman demokratiyanı dəstəkləyəcəyini vurğuladı: "Nə qədər ki, Amerikaya imkanlar torpağı kimi baxan çalışqan və ümidli mühacirləri ölkəmizdə qarşılamağın daha yaxşı yolunu tapmamışıq; nə qədər ki, ölkədən deportasiya olunmaq əvəzinə ağıllı gənc tələbələr və mühəndislər əməkçi qüvvəyə səfərbər olunmur, bizim səyahətimiz bitməyib".
Ənənəvi inaqurasiya müraciətindən sonra ABŞ dövlət başçısı İnaqurasiya paradına qatılıb.
Prezident onun şərəfinə təşkil edilən iki rəsmi balda iştirak edib. 2009-cu ildə 10 bu kimi ziyafət keçirilmişdi.
Çin Barak Obamanın
ikinci dönəm
prezidentliyini "ehtiyatlı
optimizmlə" qarşıladı
Prezident Barak Obama ikinci dönəm prezidentliyə başlayırkən Çin ABŞ-la münasibətləri barədə "ehtiyatlı optimizm" ifadə edib.
"Şanxay" xəbər agentliyi yazır ki, strateji etimadın olmaması "ABŞ-Çin münasibətlərində başlıca əngəldir"
Amma Pekində çıxış edən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Honq Ley bildirib ki, "sağlam və stabil" münasibətlər inkişaf etdirmək hər iki dövlətin "fundamental maraqlarına" xidmət edir.
ABŞ və Çin dünyanın ən iri iqtisadi qüdrətləridir, amma bu ölkələr arasında valyuta və Cənubi-Şərqi Asiyada ərazi mübahisələri ilə bağlı tez-tez fikir ayrılıqları meydana çıxır.
Amerika tarixində
10 qəribə inaqurasiya anı məlum oldu
Prezident Barak Obama 57-ci inaqurasiya mərasimində əlini İncilin üzərinə qoyaraq and içdi. Mərasimdə xüsusi gözlənilməzlik yaşanmadı.
Halbuki ABŞ tarixində heç də bütün inaqurasiya mərasimləri insidentsiz ötüşməyib. Riçard Niksonun ölü quşlarala dolu paradından Kalvin Kulicin spontan inaqurasiyasınadək Amerika tarixində qəribə inaqurasiya mərasimləri olub.
İndi sizi onlarla tanış edirik:
Sərxoş Nitq
1865-ci ildə Endryu Conson inaqurasiya gününü öz bərbad çıxışı ilə korlayıb. Vitse-prezidentlər adətən qısa nitq söylyirlər. Amma ABŞ-ın 16-cı vitse-prezidenti və Abraham Linkoln qətlə yetirildikdən sonra 17-ci prezident olan Conson andiçmə günü yatalaq qızdırmasından əziyyət çəkdiyinə görə çoxlu dərman, üstəlik bir gün qabaq viski içmişdi.
Nitq zamanı başını itirən Conson xeyli lovğalanmış, Cənub üzərindəki qələbləri haqda uzun-uzadı danışmışdı. Linkoln gördüklərindən dəhşətə gəldiyi halda sabiq vitse-prezident Hannibal Hamlin Consonun paltosunun ətəyindən dartaraq uğursuz şəkildə onu dayandırmağa cəhd etmişdi.
Ölü quşlar
Ulisses S. Qrant hesab edirdi ki, 1873-cü ildə inaqurasiya mərasimində sarı bülbüllərdən istifadə etmək qiyamət olardı. 18-ci prezidentin ağlına gəlməmişdi ki, yanvar ayında havalar şaxtalı ola bilər. Mənfi 15 dərəcə selsidə düzənlənən inaqurasiya mərasimində 100 bülbül donaraq ölmüşdü.
Yenə də ölü quşlar
Belə görünür ki, inaqurasiya günü quşlara düşmür. 1973-cü ildə Riçard Nikson inaqurasiya paradının göyərçinlər tərəfindən korlanmasını istəmirdi. Ona görə də 37-ci prezident parad marşrutu boyunca quşları qaçırtmaq üçün xüsusi kimyəvi maddənin istifadəsinə görstəriş vermişdi. İnaqurasiya günü küçələr ölü göyərçinlərlə dolu idi.
Paltosuz, papaqsız
Ölü quşlar Qrantın inaqurasiyalarını korlayan yeganə amil deyildi. 1869-cu ildə Kapitolidə paltoları təhvil alan işçilər biletləri səhv yazdıqlarına görə böyük növbə yaranmış, ehtiraslar qızışmış və dava düşmüşdü. Nəticədə çox sayda adam xəsarət almışdı. Bəzi qonaqlar evə paltosuz, papaqsız dönməyə məcbur olmuşdular.
Sakit mərasim
Sakit Kal kimi tanınan Kalvin Kulic lakonikliyi, təmtərağı sevməzliyi ilə məşhur idi. Bu, elə onun prezidentliyinin başlanğıcına da şamil oluna bilər. Prezident Varren G. Hardinq öləndə o, atası ilə Vermont ştatının ucqar kəndində dincəlirdi. 30-cu prezidentin atası qəsəbə notariusu olduğundan, prezidentin andiçmə mərasimini öz atası icra etmiş və mərasimdə ata-baladan başqa heç kəs olmamışdı.
Qiyamət nitq
Vilyam Henri Harrisonun inaqurasiya nitqi çox darıxdırıcı olub. ABŞ-ın 9-cu prezidenti soyuq və yağışlı havada o qədər uzun nitq söyləyib ki, ona üşütmə gəlib. Az sonra sətəlcəm olan prezident and içdikdən bir ay keçməmiş vəfat edib.
Vilyam Henri Harrisonun inaqurasiya nitqi çox darıxdırıcı olub. ABŞ-ın 9-cu prezidenti soyuq və yağışlı havada o qədər uzun nitq söyləyib ki, ona üşütmə gəlib. Az sonra sətəlcəm olan prezident and içdikdən bir ay keçməmiş vəfat edib.
Qiyamət ziyafət
Endryu Cəksonun 1829-cu il uinaqurasiyası Ağ Evdə keçirilmiş ən gurultulu ziyafətlərdən bir sayıla bilər Gələn müsafirlər ziyafətdə o qədər içmişdilər ki, Ağ Evin qab-qacağını sındırmış, pərdələri cırmış və bütün evi palçığa bulaşdırmışdılar. Ağ Evin xidmətçiləri qonaqları binadan çıxarmaq üçün həyətə bir vanna viski qoymalı olmuşdular.
Balaca qızla debat
1929-cu ildə Herbert Huver prezidentliyə and içəndə mərasimə rəhbərlik edən baş hakim Vilyam Hovard Taft andın mətnində səhv etmiş, "qorumaq" əvəzinə "saxlamaq" sözünü işlətmişdi. Helen Tervilliger adlı bir qızı səhvi tutmuş və Tafta məktub göndərmişdi. Taft qızla razılaşmamış və haqlı olduğunu israr etmişdi. Sonradan kino həvəskarları videolentə yenidən baxmış və səkkizinci sinif şagirdinin haqlı olduğunu üzə çıxarmışdılar. Taft buna görə qızdan üzr istəmişdi.
İshal
Prezident Ceyms Bukanan 1857-ci ildə inaqurasiya günü ishal olmuşdu. İnaqurasiyadan öncə ABŞ-ın 15-ci prezidenti qarın yatalağına tutulmuş və bütün mərasim boyu yanında həkim saxlamalı olmuşdu.
Hava çatışmazlığı
1809-cu ildə Ceyms Madisonun inaqurasiya balı zamanı hava o qədər bürkülü olmuşdu ki, qonaqlar hava almaq üçün Long Otelin binasındakı pəncərələri sındırmalı olmuşdular. Həmin balda iştirak üçün biletin dəyəri dörd dollar idi.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40