AŞPA-da Azərbaycan savaşı
14:46 24-01-2013
İQTİSADİYYAT
AŞPA-da Azərbaycan savaşı
Geri çəkilmək məğlubiyyət olacaq
AŞPA-da Azərbaycanla bağlı gərgin günlər davam etməkdədir. AŞPA tarixində ilk dəfədir ki, Azərbaycana qarşı total bir basqı var və hər zaman Azərbaycana dəstək olan bir sıra millət vəkilləri indi geri çəkilib. Hələlik rəsmi şəkildə Rusiyanı AŞPA-da təmsil edən nümayəndə heyəti bəyan edib ki, Azərbaycana dəstək verəcəklər. Mütəxəssislər hesab edir ki, Rusiya ilə yanaşı Türkiyədə eyni addımı ata bilər.
Amma bu yetərli deyil. Çünki artıq bir neçə aydır ki, erməni lobbisinin təsirində olan deputatlarla, ümumilikdə Azərbaycana qarşı aqressiv mövqe tutan qüvvələr ortaq məxrəcə gələ biliblər. Bundan başqa bir dəfə də olsa Azərbaycanda olmayan AŞPA-in Azərbaycan üzrə məruzəçisi Ştrasserdə kifayət qədər sərt bir hesabat hazırlayıb və hesabatda Azərbaycan tərəfinin siyasi məhbus hesab etmədiyi şəxslərin adı əks olunub. Bununla yanaşı Azərbaycanda 2013-cü il prezident seçkilərinin keçirilməsi də nəzərə alınıb və müzakirələrdə bu məsələyə də kifayət qədər yer ayrılıb. Qeyd edək ki, AŞPA-nın iclasında Azərbaycanla bağlı sənəd müzakirəyə çıxarılıb. Müzakirələr zamanı bildirilib ki, Azərbaycanda 2001-ci ildən indiyədək keçirilən parlament və prezident seçkiləri qeyri-demokratik keçirilib. "Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olduğu gündən bu yana bircə parlament və prezident seçkisində demokratik standartlara uyğun şəkildə keçirməyib. Qüsurlar Seçki Məcəlləsindən, seçki komissiyalarının tərkibindən, namizədlərin qeydiyyatı praktikasından, şikayətlərə və müraciətlərə baxılması prosedurlarından qaynaqlanır" - deyə qeyd edən sənəd müəllifləri Bakıdakı çatışmazlıqları gələn seçkilərədək aradan qaldırmağa çağırıblar.
Dünən Strasburqda AŞPA-nın hüquqi məsələlər və insan hüquqları komitəsinin iclası keçirilib. İclasda Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsi müzakirə olunub və düzəlişlər edilib. Beləliklə, Ştrasserin ümumi siyahısından 35 nəfər çıxarılıb, amma 10 nəfər əlavə edilib: Nicat Əliyev ("Azad xəbər"), İlham Əmiraslanov, Dəyanət Babayev (AXCP), Araz Quliyev (Masallı, "xəbər44"), Mehman Hüseynov (RATİ), Hilal Məmmədov, Fəxrəddin Mirzəyev (Gəncə, "Yeqovo şahidləri"), Fərəməz Allahverdiyev (Naxçıvan, publisist), İlqar Rzayev (Alı Rzayevin qardaşı), Ramiz Tağıyev (Naxçıvan, AXCP).
Bundan başqa, hesabatda qeyd edilib ki, Fərhad və Rafiq Əliyevlər, Vaqif Hüseynov, Nemət Pənahlı, Elnur Seyidov və Əvəz Zeynallı səhhətləri ilə əlaqədar təcili azad edilməlidir.
Maraqlıdır, bəs Azərbaycan tərəfi bu təpkilərə hansı reaksiya verəcək və AŞPA ilə Azərbaycan münasibətləri bundan sonra hansı şəkildə davam edəcək? Ekspertlər bildirir ki, AŞPA-da kimlərinsə Azərbaycanla bağlı sərt açıqlamalar vermələri və ya kiminsə sərt hesabat hazırlaması normal haldır və buna qarşıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti əks-arqumentlərlə çıxış edəcək. O ki, qaldı AŞPA-da Azərbaycanla bağlı hansısa sənədin qəbuluna, mütəxəssislər bildirir ki, bu sadəcə olaraq tövsiyyə xarakterli ola bilər. Çünki AŞPA-in təsir etmə imkanları çox məhduddur və olan təsirləri də hər zaman əks effekt verib. Məsələn, iddia oluna bilər ki, Azərbaycan Avropa Şurasından xaric edilsin və ya AŞPA_da səsvermə hüququndan mərhum olsun. Bu isə faktiki Avropanın Azərbaycandan imtina etməsi ola bilər. Belə riskli addım isə ilk növbədə Avropanın özü üçün ağır nəticələr verə bilər. Çünki hazırda qərbin enerji təhlükəsizliyində Azərbaycanın xüsusi rolu var və TANAP layihəsi gerçəkləşəndən sonra qərbin Rusiyadan aslılığı kifayət qədər zəifləyəcək. Belə bir mərhələdə hansısa güclərin təzyiqi ilə Azərbaycana qarşı sanksiyaların tətbiqi yol verilməzdir. Bundan başqa bu gün istər Rusiyanın özündə, istər Gürcüstanda, istərsə də Ermənistanda Azərbaycanla müqayisədə daha çox siyasi məhbus var. Amma hədəf olaraq Azərbaycan seçilib. Bu isə sözsüz ki, 2013-cü il seçkiləri ilə bağlıdır. Ekspertlər bildirir ki, belə bir məqamda Azərbaycan tərəfi geri çəkilməməli və iddiasını ortaya qoymalıdır. Bu günə qədər nümayəndə heyətimizin verdiyi açıqlamalarda bunu təsdiqləyir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00