Türkiyənin Antalya şəhərində balıq ovuna çıxan şəxs ölümdən dönüb.
Unikal.org xəbər verir ki, ov zamanı qırmağına düşən zəhərli trakonya balığı şəxsi xəstəxanalıq edib. Belə ki, ovladığı balığın digər balıqlardan fərqli olduğunu hiss edən balıqçının əli trakonyanın tikanına batıb. Bu zaman onun əli şişməyə başlayıb. Qısa zamanda o, xəstəxanaya gedib. Həkimlər onun zəhərləndiyini bildirib.
Trakonya balığının zərərindən danışan həkim balıqçının xəstəxanaya tez müraciət etməsi onun həyatını xilas etdiyini bildirib.