Rusiyada son sutka ərzində koronavirusa 9699 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 437 938 nəfərə çatıb. Rusiyada son bir gündə 443 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 94 267 nəfərdir. İndiyədək 4 049 373 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.