Ermənistan parlamentinin vitse-spikeri Alen Semyonyan Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, parlamentari Paşinyanın baş nazir kimi 20 iyuna qədər vəzifədə qalacağını söyləyib.
"Paşinyan seçkilərə qədər postunu qoruyacaq", - deyə vitse-spiker bəyan edib.
Qeyd edək ki, Ermənistan mətbuatında Paşinyanın aprel ayı ərzində istefa verəcəyi barədə xəbərlər yayılmışdı.