Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putinin ABŞ prezidenti Co Baydenlə görüşü barədə danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov görüşün mümkün ola biləcəyi tarixlər verib.

"Baydenlə Putinin görüşü martın 19-u və ya 22-si baş tuta bilər", - deyə Peskov söyləyib.

Ağ Evin nümayəndəsi Cen Psaki isə Baydenin məşğul olduğunu və Putinlə görüşə bilməyəcəyini bildirmişdi.