Koronavirusun üçüncü dalğası artıq Avropada başlayıb və bəzi ölkələrdə müxtəlif templərdə artır.
Unikal.org-un məlumatına görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant deyib.
O bildirib ki, artıq yoluxmanın üçüncü dalğası müşahidə olunur: "Biz əhalinin peyvəndlənməsinin sürətləndirilməsini zəruri hesab edirik".
Qeyd edək ki, ötən həftə Avropa İttifaqı ölkələrində koronavirusdan ölənlərin sayı 900 mini keçib.