Türkiyədə son sutka ərzində 87 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 21 030 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 2 971 633, pandemiya qurbanlarının sayı isə 29 864 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 788 757 pasiyent (son sutkada 18 119 nəfər) sağalaraq evə buraxılıb.