Antalyadan Moskvaya uçan təyyarə Rostov aeroportunda qəza enişi edib.

Unikal.org xəbər verir ki, bu barədə “Ural Hava Yolları” şirkəti məlumat yayıb.

“Airbus A321” təyyarəsi texniki nasazlıq səbəbindən Rostov aeroportuna enib. Qəza enişi zamanı zərərçəkən olmayıb. Hazırda təyyarə təmir edilir.