ABŞ Prezidenti Cozef Bayden Rusiya lideri Vladimir Putinin dialoq təklifinə münasibət bildirib.

Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, Bayden mövzu ilə bağlı jurnalistlərə açıqlama verib.

“Əminəm ki, nə vaxtsa danışacağıq”, - deyə Bayden vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydeni canlı yayımda debata dəvət edib. Rusiya lideri cümə və bazar ertəsi Baydenlə müzakirələrə hazır olduğunu söyləyib.