Rusiya Prezidenti Vladimir Putin ölkənin Belarusdakı səfiri Dmitri Mezentsevi vəzifəsindən azad edib.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı sərəncam prezidentin rəsmi saytında dərc olunub. Mezentsevin yerinə təyinat olmayıb.

Qeyd edək ki, Dmitri Mezentsev 2019-cu ildən Rusiyanın Belaruusdakı səfiri vəzifəsini icra edir. O, bu postda Mixail Babiçi əvəz etmişdi.