Meksikada zəlzələ hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi ölkənin cənub-şərqində yerləşən Querro ştatında yaşanıb. Yer silkələnməsi Rixter şkalası ilə 5.9 balla qiymətləndirilib.

Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. İtki və dağıntı barədə məlumat yoxdur.