Ukrayna ölkənin sabiq prezidenti Viktor Yanukoviçə qarşı sanksiya tətbiq edəcək.

Unikal.org Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası qərar qəbul edib.

Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, Yanukoviçlə yanaşı, dönəmin baş naziri Mikola Azarov, müdafiə naziri Pavlo Lebedev, təhsil naziri Dmitro Tabançuk və digər yüksək vəzifəli şəxslərə qarşı sanksiya tətbiq ediləcək. Yanukoviç və kadrları işğala şərait yaratmaqda günahlandırılırlar. Bildirilib ki, sanksiyalar iqtisadi xarakterli olacaq.

Qeyd edək ki, Viktor Yanukoviç Ukraynada Maydan hadisələrinin gərginləşməsi ilə 22 fevral 2014-cü ildə Rusiyaya qaçıb və hazırda bu ölkədə yaşamağa davam edir.