Türkiyənin İzmir şəhərində 488 müxtəlif təyinatlı binanın sökülməsinə qərar verilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 30 oktyabr 2020-ci ildə İzmirin Seferihisar ilçəsində 6.6 ballıq zəlzələ baş vermişdi.

Bu zəlzələdən sonra şəhərdə bərpa və yenidənqurma işləri davam edir. Zəlzələ zamanı qəzalı vəziyyətə düşən binalara texniki rəy verildikdən sonra 488 binanın sökülməsinə qərar verilib.