Gürcüstan müxalifəti fövqəladə rejimdə fəaliyyət göstərəcəyini bəyan edib.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu sabiq prezident Mixail Saakaşvilinin müxalif Vahid Milli Hərəkat Partiyası elan edib.

Bildirilib ki, müxalif gücləndirilmiş iş şəraitinə keçir. Paytaxt Tiflis, eləcə də regionlarda genişmiqyaslı aksiyalar keçiriləcək.