Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarına yeni yerli müşahidə sistemləri əlavə olunub.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, "CATS" adlanan bu sistemlər PUA-larda müşahidə ilə yanaşı, lazer işarələməni də mümkün edir.
"ASELSAN" şirkəti tərəfindən hazırlanan sistemlər Türkiyənin yerli istehsalıdır.
Qeyd edək ki, daha öncə "Bayraktar" PUA-ları üçün "CATS" sistemləri Kanadadan idxal olunurdu. Qarabağ müharibəsi zamanı Kanada bu sistemlərin Türkiyəyə satılmasına embarqo tətbiq etmişdi.