Suriyada terror aktı törədilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Bab bölgəsində baş verib. Nəqliyyat vasitəsinə naməlum şəxslər tərəfinən əvvəlcədən quraşdırılmış bomba işə düşüb.
Partlayış nəticəsində 1 dinc sakin həyatını itirib, 2 nəfər isə xəsarət alıb. Hazırda detallar araşdırılır.