Afrikada koronavirusdan ölənlərin sayı 110 minə çatır.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, qitədə ümumi yoluxma sayı 4 119 802 nəfərə çatıb. 109 712 nəfər isə virusdan həyatını itirib. 3 683 495 nəfər isə sağalıb.

Ən çox yoluxma CAR, Mərakeş, Tunis, Misir, Efiopiya və Nigeriyada müşahidə olunub. Qitənin 25 ölkəsində vaksinasiya başlayıb.