Ötən sutka ərzində ABŞ-da 61 413 nəfər yeni növ koronavirusa (COVİD1-9) yoluxub, 1445 nəfər ölüb. 

Unikal.org-un xəbərinə görə, bu barədə Con Hipkins Universiteti məlumat yayıb. 

Bununla da ABŞ-da indiyə qədər COVİD-19-a yoluxanların sayı 29 730 639 nəfərə, ölənlərin sayı 541 145 nəfərə çatıb.