Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən ötən ilin noyabrında imzalanmış Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatdan imtinanı fəlakətə səbəb olacağını deyib.

Unikal.org-un verdiyi məlumata görə, o Ermənistanın Araqatsotn bölgəsinə səfəri çərçivəsində kəndlilərlə görüşdə deyib: "İndi deyillər ki xain hökumət (Ermənistan, iqtidar hakimiyyət - red.) getməlidir. İmzaladığımız sənəddən (Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən ötən ilin noyabrında imzalanmış Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat - red.) imtina edəcəksinizmi? Xeyr deyirlər. Bu sənədi cırsaq fəlakət olacaq".