Rusiyada son sutka ərzində daha 9299 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org-un Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 456 869 nəfərə çatıb.

Son sutka ərzində 371 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 95 030 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü sıradadır.