Tailandda hökumətin istefası tələbilə etiraz aksiyaları keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, polislə nümayişçilər arasında toqquşmalar baş verib.

Bankokda Kral sarayı qarşısında baş tutan aksiyalar zamanı polis rezin güllələr və gözyaşardıcı qaz tətbiq edərək etirazçıları qovmağa çalışıb. Nəticədə qarşıdurma yaşanıb.

Məlumata görə, aksiya zamanı 30 nəfər xəsarət alıb, onların arasında polis əməkdaşları da var. Polisin qanuni tələbinə əməl etməyən 20 nəfərin saxlanıldığı bildirilir.