Nigeriyanın şimalında yerləşən Kano vilayətində “sirli xəstəlik” aşkarlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yayılan xəstəlik səbəbi ilə 1 nəfər vəfat edib, 56 nəfər isə təcili olaraq xəstəxanaya yerləşdirliib.

Beynəlxalq kütləvi informasiya vasitələrində yer alan məlumatlara əsasən, yayılan xəstəliyin diaqnozu hələ qoyulmayıb.

Həkimlər ilkin müayinələr zamanı insanlarda ürək bulanma, qusma və qanaxma kimi halların müşahidə edildiyini bildirilib.