Ermənistanın müxalif fəallarından biri, "Vətənin qurtuluşu üzrə hərəkat"ın koordinatoru İşxan Saqatelyan ölkənin baş naziri Nikol Paşinyanı növbəti dəfə təhqir edib.

Bu barədə Unikal.org “Yerevan today”ə istinadən xəbər verir.

Saqatelyan iddia edib ki, baş nazir daha çox insanları aldatmaq və çaşdırmaq üçün yeni, daha böyük axmaqlıqlar uydurmağa başlayıb.

"Güman edirəm ki, hər dəfə bu dəlinin (Paşinyanın - red) yalanını və ağılsızlıqlarını şərh etməyə ehtiyac yoxdur. O, daha çox insanları aldatmaq və dolaşdırmaq üçün yenilərini, daha böyük ağılsızlıqları uydurmağa başladı. Nəticədə, bu günə qədər aldanmış hər kəs məyus olacaq və pislik nəhayət məhv olacaq”, - deyə İşxan Saqatelyan özünün feysbukdakı səhifəsində baş nazir Nikol Paşinyanın seçkiqabağı çıxışını şərh edərkən yazıb.