Bayram günlərində Qubanın Xınalıq yolunda hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılır.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Hazırda texnikanın dağ yolunda qarı təmizlədiyi bildirilir.

Qeyd edək ki, Xınalıq kəndi dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşir. Xüsusən qış aylarında kəndə aparan yolda tez-tez qar uçqunları baş verdiyindən hərəkətin gediş-gəlişində çətinlik yaranır.