Bolqarıstan ölkədə fəaliyyət göstərən 2 rus diplomatına qarşı casusluq ittihamları irəli sürüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Bolqarıstandakı səfirliyinin 2 əməkdaşına ölkəni tərk etmək üçün 72 saat vaxt qoyulub.

Bolqarıstan XİN diplomatları NATO və AB ilə bağlı sənədlərin ələ keçirilməsində rus diplomatların iştirak etdiyini bildirib. Rusiya səfirliyi isə iddiaları əsassız adlandırıb.