Özbəkistan və Türkiyə silahlı qüvvələri ortaq hərbi təlimlərə başlayıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, birgə təlimlər Özbəkistanın Tirmiz şəhərində keçirilir.

Hərbi təlimlərlə yanaşı, idman yarışlarının da keçirilməsi nəzərdə tutulub. Təlimlərin 27 mart tarixində yekunlaşması planlaşdırılır.