Madaqaskarda dəniz tısbağası yeyən 19 nəfər həyatını itirib.  

Unikal.org xəbər verir ki, paytaxt Antananarivoda restoranların birində dəniz tısbağası yeyən 34 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində 19 nəfər ölüb. 

Ölənlərin arasında 9 nəfər uşaq olduğu bildirilib. Həkimlərin sözlərinə görə,  bu aylarda dənizin dibindəki zəhərli yosunlarla bəslənən dəniz tısbağalarında da zəhər yaranır. İlkin ehtimal kimi  insanların ölümünə bu səbəb götürülüb.