Səudiyyə Ərəbistanı Yəməndə sülhə nail olmaq üçün çağırış edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, krallığın xarici işlər naziri Faysal Bin Farhan bu barədə təşəbbüsü elan edib.

Yəməndə humanitar fəlakət və hərbi-siyasi böhranı sonlandırmaq üçün sülh dialoqlarının başlaması təklif olunub. Yəmənin mərkəzi hökuməti və İran tərəfindən dəstəklənən Husi qruplaşması arasında təmasların və müzakirələrin başlamasının önəmi vurğulanıb.