Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın Murmansk vilayətinin Oleneqorsk bölgəsində qar uçqunu baş verib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, hadisə yerində 16 nəfər turist olub.

16 turistdən 13-nün azyaşlı olduğu bildirilir. Hadisə yerinə kinoloji heyət, 18 ədəd xüsusi texnika və 11 qar motosikleti də daxil olmaqla 53 xilasedici cəlb edilib.

Xilasedicilər bir uşağın cəsədini qarın altından çıxarıblar. Digər 15 turistin ciddi tibbi yardıma ehtiyacı yoxdur
 

20:32

Rusiyada qar uçqunu baş verib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Murmansk vilayətinin Olenoqorsk bölgəsində yaşanıb.

Bölgədə səfərdə olan bir neçə turistin qarın altında qaldığı güman edilir. Hazırda axtarışlar davam etdirilir.